19 C
Baku
Thursday, May 9, 2024

Braziliya və Çin ticarət əməliyyatlarında yuanın istifadəsinə dair saziş imzalayıblar

Braziliya və Çin yuan ticarəti ilə bağlı razılığa gəlib və birgə klirinq mərkəzinin yaradıldığını elan ediblər. Artıq ölkələr öz valyutalarını ABŞ dollarına çevirmədən birbaşa transsərhəd əməliyyatları həyata keçirə biləcəklər. Bu barədə Pekində keçirilən Braziliya-Çin biznes forumu zamanı Çinin ticarət nazirinin müavini Quo Tinqtinq bildirib.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Klirinq palatası Braziliya və Çin tərəflərinə ABŞ dollarından istifadə etmədən hesablaşmalar aparmağa, habelə milli valyutalarda kreditləşməyə imkan verəcək ki, onlar arasında əməliyyatların dəyərini və dollardan asılılığı azalsın.

Çin son 13 ildə Braziliyanın ən böyük ticarət tərəfdaşıdır. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi rekord həddə – 150 milyard dollara çatıb. Fevralın 8-də Çin Xalq Bankı və Braziliya Mərkəzi Bankı arasında Çin yuanından istifadə etməklə klirinq mexanizmləri haqqında memorandum imzalanıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər