Dünya birjalarında neftin qiymətində mühüm bahalaşmalar müşahidə edilib.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Londonun ICE qitələrarası fond birjasında Brent markalı neftin bir barelinin iyul fyuçersləri üzrə dəyəri 50 sent (1,58%) bahalaşmaqla 31,62 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında iyun fyuçersləri Qərbi Texas neftinin (WTI) hər bareli 21 sent, yəni, 0,76% bahalaşmaqla 27,77 dollar olub.