“Brent” markalı neftin qiyməti 1,52% azalaraq 51,99 dollar təşkil edib. Qeyd edildiyi kimi, daha əvvəl bu göstərici 52,7 dollar olub.
Banker.az bu barədə “Vedomosti.ru”ya istinadən xəbər verir.
Son dəfə neftin qiyməti 52 dollardan aşağı qiymətə 2018-ci ilin 26 dekabr tarixində düşmüşdür.
WTI markalı neftin qiyməti 1,37% düşərək bir barel üçün 48,06 dollar səviyyəsinə çatıb