Dünya bazarlarında neftin qiyməti bir qədər azalıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:38 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 1.23$ , yəni, 2.29% azalaraq 52.57 $-da qərarlaşıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.07$, yəni, 0.11% ucuzlaşaraq 61.57$-a təklif olunub.