Dünya bazarlarında neftin qiyməti dəyişib.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 9:15 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 1.23$ yəni, 2.30% azalaraq 52.15$-da qərarlaşıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1.44$, yəni, 2.46% ucuzlaşaraq 57.06$-a təklif olunub.