15 C
Baku
Friday, April 26, 2024

Brent neftinin qiyməti 45 dollara düşdü – 7 aylıq minimum

Dünya üzrə neft qiymətləri bir neçə aparıcı xam məhsul ixracatçılarının təchizatı artırması səbəbindən 7 ayın minimumuna enib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI neftinin qiyməti 0,06$, yəni, 0,14% azalaraq 43,45$-da qərarlaşıb.

Banker.az Bloomberg-ə istinadən xəbər verir k, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,09$, yəni, 0,20% ucuzlaşıb 45,93$-a təklif olunub.

20 iyun axşam saatlarında (18:00-19:00) Brent markalı neftin fyuçersləri 1 barrel üçün 45,57 dollara enib. Amerikanın WTI markalı nefti isə 1 barrel üçün 43,03 dollar səviyyəsində dəyişir. Hər iki markalı neftin kotirovkaları may ayının sonundan başlayaraq 15% enib. Bu isə OPEC və digər neft istehsalçı ölkələrin neft hasilatının azaldılması ilə bağlı razılığın 2018-ci ilin mart ayına qədər uzadılması ilə bağlı qərardan sonra baş verdi.

Reuters agentliyinin verdiyi məlumata görə, OPEC ölkələri tərəfindən neft təchizatı razılığın yerinə yetirilməsindən azad olan Liviya və Nigeriya səbəbindən may ayında yenidən artdı. Liviyada hasilat sutkada 885 min barrelə qədər artdı. Nigeriya da həmçinin xam məhsulun istehsalını genişləndirir. Avqust ayında ölkənin ixrac həcmi gündəlik olaraq 226 min barrelə çatacaq. Agentlik belə hesab edir ki, kotirovkalar Nigeriyadan ixracın artırılması və Liviyada hasilatın artması səbəbindən enir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər