Brent nefti martın 2-dən bəri ilk dəfə 76 dollardan aşağı düşüb

Londonun ICE birjasında 2026-cı ilin avqust ayı üzrə Brent markalı neft fyuçerslərinin qiyməti bir barel üçün 76 dollardan aşağı enib. Bu, 2026-cı il martın 2-dən bəri ilk belə haldır.

Ticarət məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 07:01-ə olan vəziyyətə görə Brent neftinin qiyməti 1,48% azalaraq bir barel üçün 75,94 dollara düşüb.

Saat 07:06-da isə eniş tempi zəifləyib və Brent nefti 1,1% ucuzlaşaraq 76,23 dollar səviyyəsində ticarət olunub.

Eyni zamanda, 2026-cı ilin avqust ayı üzrə WTI markalı neft fyuçerslərinin qiyməti 2,07% azalaraq bir barel üçün 72,33 dollara enib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər