Brent neftinin qiyməti 93 dolları ötüb

Londonun ICE birjasında Brent markalı neftin sentyabr fyuçersinin qiyməti 2026-cı il iyunun 11-dən bəri ilk dəfə bir barel üçün 93 ABŞ dollarını ötüb. Bunu hərracların məlumatları göstərir.

Moskva vaxtı ilə saat 09:46-ya olan məlumata görə, Brent markalı neftin qiyməti 2,43% artaraq bir barel üçün 93,22 ABŞ dollarına yüksəlib.

Bakı vaxtı ilə saat 10:55-də Brent markalı neftin artım tempi zəifləyib və fyuçers bir barel üçün 93,09 ABŞ dolları (+2,29%) səviyyəsində ticarət olunub. Eyni zamanda, WTI markalı neftin avqust fyuçersinin qiyməti 2,28% artaraq bir barel üçün 86,26 ABŞ dollarına çatıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər