Brent neftinin qiyməti bir barel üçün 85 dollara çatıb

ICE birjasındakı ticarət məlumatlarına əsasən, Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 09:32-də bir barel üçün 85 dollara çatıb.

Saat 010:42-yə olan məlumata görə isə Brent nefti 0,5% bahalaşaraq 84,6 dollar səviyyəsində ticarət olunub.

İyulun 14-də Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti iyunun 12-dən bəri ilk dəfə 86 dolları ötüb.

Neft qiymətləri Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda yüksəlməkdə davam edir. İyulun 16-da gecə saatlarında ABŞ hərbçiləri prezident Donald Trampın göstərişi ilə İrana qarşı həyata keçirilən son zərbələr dalğasının başa çatdığını açıqlayıblar.

ABŞ-yə məxsus qırıcılar, pilotsuz uçuş aparatları və hərbi gəmilər İranın onlarla hərbi obyektinə zərbələr endirib. Hədəflər arasında sahil müşahidə və hava hücumundan müdafiə məntəqələri, hərbi logistika infrastrukturu və dəniz bazaları olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər