23 C
Baku
Friday, April 26, 2024

Brent neftinin qiyməti son 8 ayın ən aşağı həddini test edib

Dünya birjalarının ABŞ-Çin ticarət müharibəsinin kəskinləşdiyi ilə bağlı olaraq bir qədər “çaxnaşmalar” qeydə alınır. Brent neftinin qiyməti isə ucuzlaşmaqla 2019-cu ilin ən pis performansını göstərməkdədir.

Belə ki, hazırda Brentin dəyəri 2019-cu ilin yanvarında bu tərəfə ən aşağı həddə düşməklə (səhər saatlarında) 59.16 ABŞ dolları/barel səvəiyyəsinə qədər belə ucuzlaşmalı olub. Sonuncu dəfə bu qiymətə yanvar ayının 8-i tarixində qeydə alınmışdı.

Bakı vaxtı ilə saat 15:21 radələrdinə isə səhərki gösəticini bir qədər üstələyərək 59.84 ABŞ dolları/barelə qədər yüksəlib.

Azərbaycanlı ekspert Vüqar Bayramov isə öz Twitter mikrobloqunda bildirib ki, neftin bir barelinin qiyməti 30 dollara qədər azala bilər.

“Neft ölkələri yeni neft şokuna indidən hazırlaşmalıdırlar”, deyə ekspert şərh verib.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər