27 C
Baku
Saturday, July 27, 2024

Brexit Böyük Britaniyaya minimum 50 milyard avroya başa gələcək

Sky News Avropanın aparıcı rəsmilərinə istinadən bildirib ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması krallığa 50 milyarddan 60 milyard avroya qədər başa gələcək.

Bu məbləğ artıq London tərəfindən üzərinə götürülən uzun müddətli maliyyə öhdəliyi, Aİ büdcəsinə qatqılar, təqaüd və digər ödənişləri əhatə edir.

Lakin Aİ-dan Böyük Britaniyanın çıxması məsələsi üzrə danışıqlarda əsas vasitəçi Mişel Barnie bildirib ki, bu rəqəm qeyri-rəsmidir və növbəti danışıqlar üçün müzakirə mövzusudur.

Avropa məsələləri üzrə çexiyalı nazir Tomaş Pruza isə öz növbəsində vurğulayıb ki, Böyük Britaniyanın öz maliyyə öhdəliklərini tənzimləməsi məsələsi Brexit üzrə danışıqlarda ilkin mövzulardan biri olacaq.

Böyük Britaniyanın baş naziri Tereza Mey 8 noyabr tarixində çıxış edərək bildirdi ki, Brexit-lə bağlı Avropa İttifaqı ilə rəsmi danışıqları 2017-ci ilin mart ayının sonunda başlamaq niyyətindədir.

Qeyd edək ki, ölkənin Avropa İttifaqının tərkibindən çıxması ilə bağlı referendum bu ilin 23 iyun tarixində baş tutdu. Ölkə əhalisinin yarıdan çoxu Böyük Britaniyanın Aİ-ni tərk etməsinə səs verdi. Bunun ardınca ölkənin baş nazir Devid Kemeron öz vəzifəsini tərk etdi, onu isə Tereza Mey əvəzlədi.

Son xəbərlər
Digər xəbərlər