Banker.az xəbər verir ki, Brexit Britaniya banklarına təqribən 17 milyard dollara başa gələ bilər. Belə ki, onlar Avropanın müxtəlif nöqtələrində müxtəlif növ fəaliyyətlərini qruplaşdırmaq istəyirlər.
Avropa maliyyə bazarları assosiasiyasının araşdırmasına əsasən, bu xərclər bir neçə il əzində bankların gəlirinə təsir edəcək.
Böyük Britaniya maliyyə təşkilatlarının öz fəaliyyətlərini necə və hansı şəkildə yenidən quracaqlarını hələ ki, dəqiq olaraq demək çətindir. Ölkə hələ Brexit ilə bağlı danışıqlar aparır və Aİ bazarlarına giriş imkanını qoruyub saxlamağa ümid edir.
Aİ-da törəmə şirkətlərin yaradılmasına sərf edilən xərclər və onlarla qarşılıqlı fəaliyyət yaratmaq bankların gəlirlərinə təsirsiz ötüşməyəcək. Bundan əlavə, artan xərclər müştərilərə də toxunacaq.
Buna baxmayaraq, Böyük Britaniyada müəssisə sahibləri Brexit nəticələrindən qorxmurlar. Araşdırmanın nəticələrinə görə, şirkətlərin əksəriyyəti öz banklarının Aİ-dan çıxmaq ilə bağlı bütün problem və xərcləri aradan qaldıracağına ümid edirlər.