10 C
Baku
Friday, December 13, 2024

“Brexit” in İngiltərə üçün ağır fəsadları: Aİ rəhbərləri təcili sammit keçirəcəklər

Fevralın 20-də Brüsseldə təcili sammit keçiriləcək. Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçıları 2021-ci ildən 2027-ci ilədək olan dövrü əhatə edən büdcə planını razılaşdıracaqlar.

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

Sammit yanvar ayının sonunda Avropa Şurasının prezidenti Çarlz Mişel tərəfindən çağırılıb. Əsas problem ondan ibarətdir ki, İngiltərənin Aİ-dan çıxmasından büdcədə “boşluq” yaranıb. İştirakçıların proqnozları optimistik deyil. Belə ki, Çexiyanın sədr müavini Andrey Babiş ölkələrin ortaq razılığa gələ bilməyəcəyini düşünür – təklif olunan büdcə layihəsinə ayrı-ayrı ölkələrin fikirləri arasındakı fərq çox böyükdür.

Son xəbərlər
Digər xəbərlər