26 C
Baku
Saturday, July 27, 2024

Brexit-in rəsmi olaraq baş tutacağı vaxt elan edildi

Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən rəsmi olaraq çıxmaq prosesi mart ayının son həftəsində baş tutacaq.

Banker.az saytının Bloomberg agentliyinə istinadən verdiyi xəbərə görə, proses Aİ-da Roma sazişinin 60 illik yubileyinin qeyd edilməsindən sonra işə salınacaq.

Bir müddət öncə KİV-də yayılan məlumatlara görə, Böyük Britaniyanın baş naziri Brexit proseduruna bu həftə, yəni 14 mart tarixində start verəcək.

theresa may 4
Tereza Mey, Böyük Britaniyanın baş naziri

Birləşmiş Krallığın Avropa İttifaqının tərkibindən çıxması ilə bağlı referendum 2016-cı ilin 23 iyun tarixində baş tutdu. Səsvermədə iştirak edən britaniyalıların yarıdan çoxu Brexit-in lehinə səs verdi. Bunun ardınca isə ölkənin baş naziri Devid Kemeron istefa verdi və onu bu vəzifədə Tereza Mey əvəz etdi.

Son xəbərlər
Digər xəbərlər