Böyük Britaniyanın Baş naziri Rişi Sunakın ofisinin bəyanatında deyilir ki, ölkə 2024 və 2025-ci illərdə Ukraynaya 2.5 milyard funt-sterlinq hərbi yardım ayırıb. Bu gün, yanvarın 12-də Böyük Britaniyanın baş naziri Kiyevə səfər edəcək və burada Ukrayna Prezidenti Vladimir Zelenski ilə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaq.
Yardım paketinə həmçinin uzaq mənzilli raketlər, hava hücumundan müdafiə sistemləri və artilleriya mərmiləri də daxil olacaq.