10 C
Baku
Wednesday, December 11, 2024

Britaniya Gürcüstana 5 milyon funt sterlinq maliyyə yardımı ayırıb

Gürcüstan kibertəhlükəsizliyini möhkəmləndirmək üçün xarici ölkələrdən maliyyə dəstəyi alır. Britaniya hökuməti Gürcüstana bu məqsədlər üçün 5 milyon funt sterlinq maliyyə yardımı ayırıb.

Bununla bağlı Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə Böyük Britaniyanın Baş naziri Boris Conson arasında görüşdə məlumat verilib.

Bildirilib ki, bu yardım Böyük Britaniyanın Gürcüstana kibertəhlükəsizlik sahəsində dəstəyinin növbəti mərhələsidir. Bu, Gürcüstanın Milli Təhlükəsizlik Şurasına yeni kibertəhlükəsizlik strategiyasını hazırlamağa imkan verəcək. Britaniya, həmçinin kibermüdafiəni və bu sahədə imkanlarını gücləndirmək üçün Gürcüstanın Müdafiə Nazirliyi ilə birbaşa işləyəcək.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər