Rusiya Donbasın şimal xətti boyunca hücuma keçmək üçün İzyum yaxınlığına 22 batalyon taktiki qrup yerləşdirib.
Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.
Bildirilib ki, Ukraynanın müdafiəsinin yarılması ilə bağlı əziyyət çəkməsinə baxmayaraq Rusiya İzyumdan sonra davam edərək Kramatorsk və Severodonets şəhərlərini ələ keçirmək niyyətindədir.
Əlavə olunub ki, bu şəhərlərin ələ keçirilməsi Rusiyanın Donbasın şimal-şərqində hərbi nəzarətini gücləndirəcək və bölgədəki Ukrayna qüvvələrinin məğlub edilməsi səyləri üçün hazırlıq nöqtəsi olacaq.