25 C
Baku
Saturday, July 27, 2024

Britaniya Kral ailəsi haqqında maraqlı faktlar

Böyük Britaniyanın monarx ailəsi daim dedi-qodu obyektibə çevrilir. Onların həyatı nağıla bənzər və ağılasığmaz dərəcədə zəngin təsiri bağışlayır. Lakin bunlardan əlavə, monarxiya ailəsinin üzvləri haqqında bir sıra əlavə və maraqlı faktlar mövcuddur.

Zənginlik

Belə bir fikir geniş yayılmışdır ki, guya Böyük Britaniya kraliçası qızıl içərisində “üzür” və ürəyi istədiyi hər bir şeyi özü üçün əldə edə bilər. Lakin bu heç də belə deyil. Monarxiya ailəsi ölkənin ən varlı insanları sırasında 257-ci pillədədir və kraliçanın sərvəti 550 milyon dollara bərabərdir.pomest

Onların sahib olduğu iqamətgah isə 77 min kvadrat metr əraziyə sahibdir. Ailənin nəhəng evində 775 otaq var və onlara qulluq edən xidmətçilərin sayı 800 nəfərə bərabərdir.

Delfinlər…

XIII əsrdə II Eduard tərəfindən verilən əmrə əsasən, Böyük Britaniya ərazisinə daxil olan su hövzələrindən tutulan istənilən “Kral balığı” məhz bu ailəyə məxsusdur.

fish

Qəribədir ki, bu siyahıya nəinki osetrin, kitlər, həmçinin məməli heyvan hesab edilən delfinlər də daxildir.

Ad günü

Britaniya kraliçası ildə 2 dəfə öz ad gününü qeyd edir. Bu tarixlərdən biri 21 aprel (rəsmi olaraq dünyaya gəldiyi gün), digəri isə may ayının ortalarındadır. İkinci tarix ümumxalq bayram edilməsi üçün təyin edilir.

Kraliça II Yelizaveta

Kraliça II Yelizaveta monarxiyaya hər kəsdən daha uzun müddət başçılıq edir və o artıq 64 ildir ki, taxtın sahibidir. Bir çoxları Böyük Britaniyanın 1-ci xanımının rəsmi soyadının nə olduğu ilə maraqlanır. Kraliçanın soyadı isə Mauntbetten-Vindzor-dur.

eliz

Birbaşa varislər

Şahzadə Uilyam taxtın ən ağıllı varisi hesab edilir. Belə ki, o Send-Endryu-da aldığı təhsil zamanı mükəmməl nəticələr nümayiş etdirmişdir.

Şahzadənin həyat yoldaşı Keyt Middlton da həmçinin eyni təhsil müəssisəsində təhsil alıb. Maraqlıdır ki, Keyt Middlton Corc Vaşinqton ilə qohumluq əlaqələrinə sahibdir.

svadba

Son xəbərlər
Digər xəbərlər