15 C
Baku
Friday, April 26, 2024

Britaniya məhkəməsi Dubay əmirinin rekord məbləğdə təzminat ödəməsinə dair qərar çıxarıb

Britaniya məhkəməsi Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktumun keçmiş həyat yoldaşı Şəhzadə Hayaya rekord məbləğdə, 554 milyon funt sterlinq pul ödəməsi barədə qərar çıxarıb.

Hakim Filip Mur 251,5 milyon funt-sterlinqi şeyxin üç ay ərzində bir dəfəyə ödəməsinə qərar verib. Bu vəsait Şahzadə Hayanın Britaniyadakı malikanələrinin saxlanmasına və gələcək təhlükəsizlik xərclərinə istifadə olunacaq. Bundan əlavə, Dubay əmiri Şahzadə Hayaya iki övladının yetkinlik yaşına çatacaqları vaxta qədər təhlükəsizlik xərcləri üçün ildə 11 milyon funt sterlinq ödəmlidir. Uşaqlar həmçinin 3 milyon funt sterlinqlik təhsil fonduna sahib olacaqlar. Hər iki uşaq universiteti bitirdikdən sonra isə Şahzadə Haya ildə təhlükəsizlik üçün 5,5 milyon funt-sterlinq alacaq.

Qeyd edək ki, şahzadə Haya ilə Dubay şeyxinin 14 yaşlı Cəlilə adlı qızı və 9 yaşlı Zayed adlı iki övladları var. Şahzadə Haya 2019-cu ilin aprel ayında iki övladı ilə Britaniyaya qaçaraq təhlükədə olduğunu bildirib. O, Şeyx Məktum ilə arasındakı nikahın məcburi olduğunu bildirərək iki övladının qəyyumluğu, onların xaricə aparılmaması və Londonda qalması üçün iddia qaldırmışdı

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər