16 C
Baku
Monday, May 6, 2024

Britaniya şirkəti Azərbaycanda üç müqavilə zonasında qızıl hasilatına başlayacaq

Növbəti 3-4 il ərzində “Anglo Asian Mining” əməliyyat şirkəti Azərbaycanda üç müqavilə zonasını – “Qaradağ”, “Xarxar” və “Dəmirli” zonalarını istismara vermək niyyətindədir.

Bunu şənbə günü  şirkətin maliyyə direktoru İlham Xəlilov deyib.

Onun sözlərinə görə, “Anglo Asian Mining” Azərbaycanda bu günədək Zəngilan rayonundakı Vejnəli qızıl yatağında kəşfiyyat işlərinə başlayıb.

“Bu yataq çərçivəsində Azərbaycan hökumətinə dördillik proqram təqdim olunub. Qeyd edim ki, kəşfiyyat işləri ərazilərin minalardan təmizlənməsi ilə paralel aparılacaq”, – deyə o bildirib.

İ.Xəlilov vurğulayıb ki, “Anglo Asian Mining”in əsas fəaliyyəti Gədəbəydə cəmləşib və 2023-cü ildə Gədəbəy rayonunda yeni “Zəfər” yatağının istismara verilməsi planlaşdırılır.

“Biz bu rayonda 2009-cu ildən qızıl, 2010-cu ildən isə mis konsentratı hasil edirik. Zəngilanda yenin yataqların işlənməsi ilə məşğul oluruq. Qeyd etmək lazımdır ki, buradakı yataqlar digər azad edilmiş ərazilərdə olduğu kimi, minalanıb, ona görə də kəşfiyyat işləri mərhələli şəkildə aparılır”, – İ.Xəlilov deyib.

O əlavə edib ki, şirkət Azərbaycanda qızıl külçələr və mis konsentratı istehsal və ixrac edir. Qızıl əsasən İsveçrəyə, mis Gürcüstan, Özbəkistan və Türkiyəyə ixrac olunur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər