21 C
Baku
Friday, April 26, 2024

Britaniya “Tinkoff”un sahibi Vladimir Potaninə qarşı sanksiyalar tətbiq edib

Böyük Britaniya sanksiya siyahısına Rusiyanın bir neçə iş adamını və bankirini əlavə edib, onların arasında “Rosbank”ın ortaq sahibi və Oleq Tinkovun “Tinkoff”dakı payının alıcısı Vladimir Potanın də var.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Bildirilir ki, sanksiyalar onun Rusiya hökuməti üçün strateji əhəmiyyət kəsb edən “Rosbank”a sahib olmasından əldə etdiyi fayda ilə bağlıdır. “Tinkoff”un qeyd etdiyi kimi, söhbət səhmdarlardan birinə qarşı şəxsi sanksiyalardan gedir və bunun qrupun fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.

Eyni zamanda sanksiya siyahısında “Home Credit”in həmsahibi, Sankt-Peterburq birjasının direktorlar şurasının sədri və səhmdarı İvan Tırışkin, Kemerovo vilayətinin qubernatoru Sergey Tsivilev və onun həyat yoldaşı Anna, iş adamları Said və Sait-Salam Qutseriyev var.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər