15 C
Baku
Tuesday, April 16, 2024

Britaniya Türkiyə, BƏƏ və İsveçrədən olan şirkətlərə qarşı sanksiyalar tətbiq edib

Böyük Britaniya enerji sektorunda biznes qurmaqla Rusiyanın dəstəyindən faydalandıqları üçün dörd gəmiçilik şirkətinə sanksiya tətbiq edib.

Bu barədə Britaniya hökumətinin məlumatında bildirilib.

Qeyd edilib ki, söhbət Türkiyənin “Active Denizcilik Ve Gemi Isletmeciligi Anonim Şirketi” və “Beks Ship Management And Trading Joint Stock Company”, həmçinin BƏƏ-nin “Fractal Marine Dmcc” və “Paramount Energy & Commodities SA” (Cenevrə, İsveçrə) şirkətlərindən gedir.

Bildirilib ki, “Paramount Energy & Commodities SA” şirkəti ilə əlaqəli Niderland vətəndaşı Nils Oskar Troost da sanksiyalara məruz qalıb.

Nəqliyyat sektorunda iki gəmiçilik şirkəti “Azia Shipping” və “Ibex Shipping INC.” Britaniyanın sanksiyalarına məruz qalıb.

Məlumata görə, onlar KXDR-dən Rusiyaya silah daşınmasında iştirak ediblər.

Son xəbərlər
Digər xəbərlər