19 C
Baku
Sunday, May 5, 2024

Britaniya Ukrayna taxılının daşınması üçün təyyarələr göndərə bilər

Böyük Britaniya Ukrayna taxılının daşınması üçün təyyarələr göndərə bilər.

Bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.

Onun sözlərinə görə, “Rivet Joint” və ya “P8 Poseidon” kəşfiyyat təyyarələri Qara dəniz ərazilərində patrul uçuşu həyata keçirə bilər.

“Bu, münaqişə tərəfləri Ukrayna taxılının dəniz yolu ilə ixracına dair razılığa gələcəyi təqdirdə mümkün olacaq. Britaniyanın belə bir əməliyyatda əsas rolu kəşfiyyat və təhlükəsizlik nəzarətidir”, – Uolles qeyd edib.

Eyni zamanda o qeyd edib ki, Böyük Britaniyanın hərbi gəmilərinin Qara dənizə göndərilməsi imkanları nəzərdən keçirilmir.

“Gəmilərimizi Qara dənizə göndərmək fikrində deyilik, çünki bunun üçün Türkiyədəbn blokadanı aradan qaldırmağı xahiş etməliyik”, – nazir deyib.

Qeyd edək ki, Türkiyə hakimiyyəti Bosfor boğazını döyüş gəmiləri üçün bağlayıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər