10 C
Baku
Thursday, December 12, 2024

Britaniyada inflyasiya 2022-ci ilin fevralından bəri rekord səviyyəyə enib

Milli Statistika İdarəsinin (ONS) aylıq hesabatına görə, Böyük Britaniyanın İstehlak Qiymətləri İndeksi (CPI) avqust ayında illik 6.7% təşkil edib. İnflyasiya səviyyəsi ardıcıl altıncı aydır ki, aşağı düşüb və bu, 2022-ci ilin fevralından bəri ən aşağı CPI səviyyəsidir. İyulda Böyük Britaniyanın istehlak qiymətləri indeksi illik müqayisədə 6.8% olub.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Benzin və dizel yanacağının bahalaşması fonunda inflyasiyanın yavaşlaması bir çox analitiklər üçün sürpriz olub. Lakin bu artım ərzaq qiymətlərində nisbətən kiçik artımla kompensasiya edilib. Avqustda ərzaq və alkoqolsuz içkilərin qiymətləri cəmi 0.3% artıb.

Bir il əvvəl, eyni dövrdə qiymət artımı 1.5% olub. Avqustda ərzaq məhsullarının illik inflyasiyası 13.6%, iyulda 14.9% təşkil edib. Bununla yanaşı, avqust ayında iyul ayı ilə müqayisədə bəzi məhsulların, o cümlədən süd və pendirlərin, tərəvəz və balığın qiymətləri bir qədər də ucuzlaşıb. Otel və aviabilet kateqoriyalarında qiymət artımı da yavaşlayıb. Eyni zamanda, iyul-avqust aylarında benzinin orta qiyməti 1 litr üçün 5.3 pens, dizel yanacağının isə 5.9 pens bahalaşıb.

Böyük Britaniyanın maliyyə naziri Ceremi Hant qeyd edib ki, avqust məlumatları hökumətin cari fiskal siyasətinin effektivliyini və inflyasiya hələ də çox yüksək olduğu üçün onun davam etdirilməsinin zəruriliyini göstərir. “Hələ də çox yüksəkdir və buna görə də inflyasiyanın yarıya endirilməsi planımıza sadiq qalmağımız vacibdir ki, ailələr və bizneslər üzərində təzyiq azalsın”, – cənab Hant deyib.

Son xəbərlər
Digər xəbərlər