2 C
Baku
Saturday, December 14, 2024

Britaniyada Kral Çarlzın təsviri olan ilk markalar buraxılıb

Böyük Britaniyada 2022-ci ilin sentyabrında taxta çıxan kral III Çarlzın təsviri olan ilk markalar istehsal edilib.

Bu haqda Britaniyanın BBC telekanalı məlumat yayıb.

Bildirilib ki, kral Çarlzın silueti bağ çiçəklərinin şəkillərindən ibarət xüsusi marka seriyasında yer alacaq.

Böyük Britaniya Poçt İdarəsinin (Royal Mail) Xarici Əlaqələr və Siyasət Direktoru Devid Qold bağ çiçəklərinin şəkilləri olan marka seriyasında kral Çarlzın siluetinin olmasının kralın bağçılıq və çiçəklərə olan marağını əks etdirdiyini qeyd edib.

Həmin poçt markaları gələn həftə nümayiş etdiriləcək. Ehtimal olunur ki, kralın şəkli olan markalar gələn aydan sonra poçtlarda olacaq.

Qeyd edək ki, kraliça II Yelizavetanın təsviri olan ilk markalar onun 1952-ci ildə taxta çıxmasından 16 il sonra istifadəyə verilib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər