Britaniyada minimum əməkhaqqı artırılır

Britaniyada minimum əməkhaqqı gələn il saatda 12,21 funt-sterlinqə qaldırılacaq.

Maliyyə naziri Reyçel Rivz İngiltərədə minimum əməkhaqqının gələn ilin aprel ayında artırılacağını deyib. Maliyyə naziri oktyabrın 30-da təqdim ediləcək büdcə açıqlamasından öncə 21 yaşdan yuxarı işçilər üçün saatlıq əməkhaqqının 12,21 funt-sterlinqə qaldırılacağını təsdiqləyib.

Belə ki, 21 yaşdan yuxarı işçilər üçün minimum əməkhaqqı 2025-ci ilin aprelindən etibarən 6,7 faiz artaraq saatda 11,44 funt-sterlinqdən 12,21 funt-sterlinqə qalxacaq. 18-20 yaş arası işçilər üçün isə minimum əməkhaqqı 8,60 funt-sterlinqdən 10 funt-sterlinqə yüksələcək. Hökumət bu artımdan üç milyondan çox işçinin faydalanacağını bildirsə də, işəgötürənlər bu əlavə xərclərin işçi sayını azaltmaq məcburiyyətinə səbəb ola biləcəyini qeyd ediblər.

MənbəAZƏRTAC
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər