Böyük Britaniya İcmalar Palatası parlamentdə kokain və digər qanunsuz maddələrin istifadəsinə dair dəlilləri araşdırır.
Bu barədə “The Times” qəzeti məlumat yayıb.
Məlumata görə, bir sıra yerlərdə kokain aşkarlanıb ki, oraya yalnız parlament vəsiqəsi olan şəxslər daxil ola bilər. Xüsusən də baş nazir Boris Consonun və daxili işlər naziri Priti Patelin şəxsi ofislərinin yanındakı tualetlərdə narkotikin izləri aşkar edilib.
Məsələ gələn həftə İcmalar Palatasında müzakirə olunacaq.
Narkotik maddələrin izlərinin aşkarlanması üçün parlamentdə xidməti itlərin sayının artırılması da təklif ediir.