Böyük Britaniya 2022-ci ildə təbii qaz tədarükünə pandemiyadan öncəki dövrlə müqayisədə azı altı dəfə çox vəsait xərcləyib.
Bu barədə məlumat Energy and Climate Intelligence Unit (ECIU) təşkilatının məruzəsində yer alıb.
Məlumata görə, Birləşmiş Krallıq ötən il təbii qaza 60-70 milyard funt-sterlinq (72-84 milyard dollar) vəsait xərcləyib. Pandemiyadan öncə bu göstərici təxminən 10 milyard funt-sterlinq (12 milyard dollar) təşkil edirdi.
Ekspertlərin sözlərinə görə, bərpaolunan enerji mənbələri olmasaydı, Böyük Britaniya mavi yanacaq idxalını artırmağa məcbur qalacaqdı ki, bu da krallığa əlavə olaraq 20 milyard funt-sterlinqə (24 milyard dollar) başa gələcəkdi.
Birləşmiş Krallıqda orta illik qaz istehlakı təxminən 75 milyard kubmetr təşkil edir.