13 C
Baku
Tuesday, May 7, 2024

Britaniyada son 30 ilin ən böyük tətili: qatarların 80%-i ləğv edilib

Böyük Britaniyada qatarların 80%-i ləğv edilib. Londonun bütün əsas stansiyaları da daxil olmaqla, krallığın əksər dəmir yollarına xidmət göstərən şirkətin həmkarlar ittifaqları tətilə başlayıb.

Dəmiryolçuların əsas tələbi maaşların artırılmasıdır. Onların fikrincə, enerji böhranı və kəskin inflyasiyadan əvvəl də maaşlar yetərli deyildi.

“Görünür, biz Britaniya xalqı arasında həmrəylik ruhunu oyatmışıq. Biz böyük dəstəklə qarşılaşdıq, insanlar kollektiv fəaliyyət, tətillər və işçi həmrəyliyi ideyalarına qayıdırlar”, – həmkarlar ittifaqının baş katibi Mik Linç bildirib.

On minlərlə sərnişin təyinat yerinə çata bilməyib və ya çox gecikib. Britaniyalılardan gələn həftəyə qədər çox zərurət olmadıqda səfərlər planlaşdırmamaları xahiş olunur.

MənbəTrend
Son xəbərlər
 ⁠
Digər xəbərlər