10 C
Baku
Thursday, December 12, 2024

Britaniyanın maliyyə naziri dövlət büdcəsində 22 mlrd. funt-sterlinq kəsir olduğunu deyib

Britaniyanın maliyyə naziri Reyçl Rivz dövlət büdcəsində 22 milyard funt-sterlinq kəsir olduğunu deyib.

Nazir büdcəyə daxil olan vergi gəlirləri ilə gözlənilən xərclər arasında təxminən 22 milyard funt-sterlinq fərq olduğunun müəyyən edildiyini deyib.

Reyçl Rivz Britaniya parlamentində çıxışı zamanı əvvəlki hökuməti dövlət büdcəsinin həqiqi vəziyyətini ört-basdır etməkdə ittiham edib. Nazir deyib ki, əvvəlki hökumət bir sıra maliyyələşdirilməmiş vədlər verib, bu ilin büdcəsindən milyardlarla funt-sterlinq sərf edib. O, Britaniya iqtisadiyyatının əsaslarını düzəltmək üçün təcili tədbirlər görülməli olduğunu əlavə edib.

Nazir dövlət büdcəsindəki boşluğu aradan qaldırmaq məqsədilə milyardlarla funt-sterlinq dəyərində təcili ixtisarlar elan edib. Buna bəzi yol və dəmir yolu layihələrinin ləğvi, xarici məsləhətçilərə xərclərin azaldılması daxildir. O, həmçinin hazırda bütün pensiyaçılara ödənilən universal qış yanacağı ödənişlərinə son verildiyini təsdiqləyib.

Bildirib ki, dəmiryolu layihələrinin ləğvi ilə 85 milyon funt-sterlinqə qənaət ediləcək. O, bütün dövlət departamentlərindən qənaətlər etməyi tələb edib və nazir bununla da ümumilikdə 3 milyard funt-sterlinqlik xərclərin azaldılacağını deyib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər