17 C
Baku
Sunday, April 14, 2024

“British Airways” minlərlə reysi ləğv edəcək

Böyük Britaniyanın “British Airways” aviaşirkəti oktyabrın sonuna qədər əlavə uçuşları, qışda isə minlərlə reysi ləğv edəcək.

Bu barədə aviaşirkətin nümayəndəsinin açıqlamasında deyilir.

“Müştərilərimizin böyük əksəriyyəti planlaşdırıldığı kimi səyahət edəcək və biz [payız] aralıq tətili üçün əsas istiqamətləri saxlayacağımıza baxmayaraq, oktyabrın sonuna qədər növbəti uçuşların ləğvinə getməli olacağıq. Bundan əlavə, biz qış dövründə xidmətlərimizdən istifadə edəcək müştərilərə bəzi cədvəl dəyişiklikləri, o cümlədən qısamüddətli uçuşların bəzilərinin birləşdirilməsi barədə əvvəlcədən xəbərdar edirik”, – deyə nümayəndə bildirib.

Telekanal qeyd edir ki, ümumilikdə martın sonuna kimi aviaşirkətin reyslərinn 8 faizi və ya 10 minə yaxın reysi ləğv ediləcək.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər