Broadcom şirkəti dünyada ilk dəfə Wi-Fi 6E naqilsiz şəbəkə standartını dəstəkləyən çipi təqdim etdi. Qeyd etmək lazımdır ki, Wi-Fi 6E standartı bu ilin əvvəlində Wi-Fi Alliance təşkilatı tərəfindən təqdim edilmişdi. Sözügedən standart minimal gecikməyə sahib yüksək sürəti və aşağı səviyyədə enerji sərfiyyatını təqdim edir. Bu barədə Mydrivers saytı xəbər verib. Wi-Fi 6E və Bluetooth 5 dəstəyinə sahib yeni Broadcom BCM4389 çipi smartfonlarda istifadə üçün nəzərdə tutulub.
Şirkət bu çipdə 5 qat yüksək sürəti, gecikmənin 2 qat aşağı salınmasını, enerjinin sərfiyyatının 5 qat aşağı salınmasını və Bluetooth vasitəsilə 2 qat sürətli bağlantının yaradılmasını reallaşdırıb. Əgər Wi-Fi 6 standartı çərçivəsində smartfonlarda məlumatların ötürülmə sürəti saniyədə 400 Mbit idisə, Wi-Fi 6E standartında bu göstərici saniyədə 2.1 Gbit olacaq. Bununla belə gecikmə sadəcə 2 millisaniyə təşkil edəcək.
©Technote