31 C
Baku
Monday, June 17, 2024

Brüs Linin döyüş sənətində ən sürətli zərbəsi

Brüsün bir metrdən endirdiyi zərbəsinin sürəti 0,05 saniyə təşkil edir. Müqayisə üçün deyək ki, bu insanın gözünü qırpamasına sərf etdiyi vaxtın iyirmidə bir hissəsidir. Brüs Linin zərbələrinin sürəti o qədər yüksək idi ki, saniyədə 24 kadr çəkən kamera vəzifəsinin öhdəsindən gəlmirdi və operatorlar 32 kadrlıq kameradan istifadə etmək məcburiyyətində idilər. Döyüş sənətinin məşhur ustasının və kinoaktyorun hərəkətlərinin cəldliyi və sürəti həqiqətən də fenomenal idi. Məsələn, o on sentlik qəpiyi başqasının əlində həmin şəxs əlini yummamış dəyişməyi bacarırdı. 

Bu fəndlərdən başqa Brüs Liyə bir neçə dünya rekordu məxsusdur: əl ilə zərbə ilə ən sürətli nokaut (cəmi 3,2 saniyə), ayaq ilə zərbə ilə ən sürətli nokaut (cəmi 1,2 saniyə).

Bir çox nəzəriyyəçilər bu cür sürətli zərbənin həm məşqlərin, həm də anadan gəlmə bir istedad olduğunu düşünürlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər