14 C
Baku
Wednesday, April 24, 2024

Brüsseldə Aİ Şərq Tərəfdaşlığı ölkələri XİN başçılarının görüşü keçiriləcək

Bu gün Brüsseldə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrelin sədrliyi ilə keçiriləcək görüşdə ittifaqın qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi də iştirak edəcək.

İclas altı Şərq Tərəfdaşlığı ölkəsindən beşinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) xarici işlər nazirlərini Aİ ölkələrindən olan həmkarları ilə bir araya gələcək.

Görüşdə, həmçinin Avronest Parlament Assambleyası, Avropa Regionlar Komitəsi/CORLEAP, Avropa İqtisadi və Sosial Komitəsi, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu, Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının da iştirak edəcəyi bildirilib.

Aİ Şurasının məlumatında tərəflərin Şərq Tərəfdaşlığının gələcəyi, eləcə də təhlükəsizlik çağırışları və Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinin bütün region üçün nəticələrini müzakirə edəcəyi qeyd olunub. Görüşdə həmçinin Şərq Tərəfdaşlığı proqramının regionda sabitliyin və rifahın möhkəmləndirilməsinə necə töhfə verə biləcəyi barədə fikir mübadiləsi aparılacaq.

İştirakçılar Aİ-nin İqtisadi və İnvestisiya Planını da müzakirə edəcəklər.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər