26 C
Baku
Saturday, July 27, 2024

“BTB Kapital”ın xərclərinin artması onun mənfəətini azaldıb

Dörd ildir Azərbaycanın investisiya bazarında fəaliyyət göstərən “BTB Kapital İnvestisiya Şirkəti” ASC gəlirlərinin yüksəlməsinə rəğmən 2021-ci ildə xalis mənmfəətini azaldıb.

Banker.az bu barədə “Davud Mammadov” Audit Şirkəti tərəfindən verilən rəyə istinadən xəbər verir.

İnvestisiya şirkətinin əməliyyat gəlirləri 2020-ci illə müqayisədə 48% artaraq 1 112 min manat təşkil edib. İşçi xərclərinin həcmi 144 min manatdan 270 min manata, komissiya xərcləri 205 min manatdan 308 min manata, digər xərcləri 180 min manatdan 369 min manata yüksəldiyi halda, agent xərcləri 51 min manatdan 42 min manata düşüb.

123 min manatlıq faiz gəliri, 101 min manatlıq əlavə yaranmış faiz xərcindən sonra onun vergiyəqədərki mənfəətini 149 min manata qədər azaldıb.

Beləliklə, mənfəət vergisi xərcindən sonra xalis mənfəəti 120 min manat olub, bu 2020-ci ildə 222 min manatdan çox idi.

1232131231312 2222 2 233231313121

Son xəbərlər
Digər xəbərlər