Expressbank müştərilərə mikro kreditlər üzrə yeni aksiya təklif edir. Aksiya 1 dekabr 2014 – 31 yanvar 2015-ci il tarixlərini əhatə edir.
2 ay davam edəcək aksiyanın şərtlərinə görə, Expressbank-ın filiallarında mikro kredit götürən müştərilər bank komissiyasından (kredit rəsmiləşdirilməsi, sığorta və nağdlaşma) azad olunacaq. Kreditin məbləği 500-dən 15000 AZN-dək, maksimal müddəti isə 36 aydır.