26 C
Baku
Saturday, July 27, 2024

Bu bankdan kredit götürənlərin adları kompensasiya siyahısında yoxdur – Dövlət qurumu təsdiqlədi

“Dəmirbank”dan dollarla kredit götürənlərin kompensasiyasının hesablanmasında problemlər yaranıb.

Banker.az xəbər verir ki, bunu müraciət edən Astara rayon sakini Rəşad Həsənov bildirib.

R.Həsənov adlı fiziki şəxs 2014-cü ildə 0,78 AZN məzənnə ilə “Dəmirbank” ASC-dən 8974 ABŞ dolları kredit götürüb. Kreditin 7600 dollarını devalyasiyadan sonra1.05 məzənnə ilə ödəyib və 2015-ci ilin avqust ayına borcunu tam bağlayıb.  Lakin kompensasiya alacaq şəxslərin siyahısında onun adı çıxmayıb. 

Lisenziyasına xitam verilən “Dəmirbank”ın ləğvedicisi təyin olunan Əmanətlərin Sığortalanması Fondundan “Qafqazinfo”ya bildirilib ki, bu problem sırf həmin vətəndaşla bağlı deyil: “DəmirBank”ın müştəri bazası vahid sistemdə olmadığına görə məlumatın sistemə yüklənməsi mərhələli şəkildə aparılır. O bankın üç “core banking”i olduğu üçün digər məlumatlarla müqayisədə gec yüklənir. Vətəndaşlardan xahiş edirik ki, narahat olmasınlar. Proqram yeniləndikcə məlumatların hamısı görünəcək. Yaxın 3 gün ərzində “Dəmirbank”ın bütün müştərilərinin məlumatları sistemə daxil ediləcək və istifadəçilər kompensasiya alacaq şəxslərin siyahısında öz adlarını görə biləcəklər”.

Son xəbərlər
Digər xəbərlər