10 C
Baku
Thursday, December 12, 2024

Bu bankın kartlarında endirim başlandı®

Azərbaycan Beynəlxalq Bankı 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə mart ayı ərzində ödəniş kartlarında müxtəlif  endirim kampaniyaları elan edib. Belə ki, 06.03.2020 – 19.03.2020 tarixlərində müştərilər Tamkart VISA Classic və Tamkart MasterCard Standard kartlarını bankdan pulsuz, Tamkart VISA Gold və Tamkart MC Gold kartlarını isə 50% endirimlə (15 AZN) ala biləcəklər.

Bankın  start verdiyi daha bir kampaniya da Tamkartla aparılan taksit əməliyyatlarına aiddir. 06.03.2020 – 31.03.2020 tarixlərində “28 Mall”, “Park Bulvar” və “Gənclik Mall” ticarət mərkəzlərində yerləşən partnyor mağazalarda Tamkartla aparılmış taksit əməliyyatları zamanı əlavə 2 ay taksit tətbiq olunacaq. 

Bundan başqa, 07.03.2020-10.03.2020 tarixlərində bütün Tamkart kredit kart məhsulları vasitəsilə gül mağazaları, kafe və restoranlarda nağdsız ödənişlər zamanı kart sahiblərinə əməliyyat məbləğinin 3%-i miqdarında kəşbək  ödəniləcək. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər