13 C
Baku
Tuesday, May 7, 2024

Bu gün Binəqədidə qaz olmayacaq

Bu gün Bakının Binəqədi rayonunun bəzi küçələrində qaz təchizatı dayandırılacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin məlumatında bildirilir.

Məlumata görə, Çənlibel Qaz Tənzimləmə Məntəqəsindən (QTM) qidalanan 7-ci və 8-ci mikrorayonları təbii qazla təmin edən yeraltı qaz xəttinin korroziyaya uğraması səbəbindən əvəzlənməsi və mövcud şəbəkəyə qoşulması ilə əlaqədar adıçəkilən QTM-dən dekabrın 21-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir işləri görülən müddətdə Binəqədi rayonunun M. Rəsulzadə qəsəbəsinin və S.S.Axundov küçəsinin bir hissəsinin, həmçinin İ.Hacıyev, Koroğlu, F.Rüstəmov, İ. Dadaşov, N.Nərimanov, Ş.Məmmədova küçələrinin isə tam olaraq qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər