21 C
Baku
Tuesday, April 16, 2024

Bu gün Britaniyada Baş nazir postuna namizədlərin ilk səsverməsi keçirilir

Bu gün Böyük Britaniyada Baş nazir postuna və hakim Mühafizəkarlar Partiyasının sədri kürsüsünə namizədliyi irəli sürülmüş şəxslərlə bağlı səsvermə keçirləcək.

Bugünkü səsvermə Boris Consonun istefasından sonra baş nazir postuna seçkilərin ilk turu  hesab olunur.

Mühafizəkarlar Partiyasından olan 358 parlament üzvünün hamısı bu gün axşam saatlarında yeni baş nazir kimi görmək istədikləri namizədə səs verəcək.

Bu turda yalnız Mühafizəkarlar fraksiyasının ən azı 20 üzvünün dəstəyini qazananlar iştirak edəcək.

İndiyədək baş nazir postuna 10 nəfər öz namizədliyini irəli sürüb ki, onlardan 2-si hazırkı nazirdir: xarici işlər naziri Liz Truss və maliyyə naziri Nadim Zahavi.

Baş nazir postu uğrunda mübarizəyə bir sıra keçmiş hökumət üzvləri də qoşulub: keçmiş xarici işlər naziri Ceremi Hant, keçmiş maliyyə naziri Rişi Sunak, keçmiş səhiyyə naziri Sacid Cavid, Böyük Britaniyanın qadınlar və bərabərlik nazirinin keçmiş müavini Kemi Badenok və Mühafizəkarlar Partiyasının keçmiş sədr müavini Rəhman Çişti.

Bundan əlavə, Baş prokuror Svella Braverman, beynəlxalq ticarət nazirinin müavini Penni Mordont və İcmalar Palatasının Komitə sədri Tom Tugendhat namizədliklərini açıqlayıblar.

İctimai bəyanatlara əsasən, Böyük Britaniyanın xarici işlər naziri Liz Truss, maliyyə naziri Nadim Zahavi, keçmiş maliyyə naziri Rişi Sunak, beynəlxalq ticarət nazirinin müavini Penni Mordaunt və İcmalar Palatasının komitə sədri Tom Tugendhat səsvermənin birinci turunda iştirak etmək üçün baryeri keçiblər.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər