28 C
Baku
Tuesday, April 30, 2024

Bu gün İstanbulda taxıl dəhlizi ilə bağlı saziş imzalanacaq

Ukrayna-Rusiya müharibəsi səbəbindən limanlarda gözləyən 20 milyon tondan çox taxılın daşınması üçün Türkiyənin rəhbərlik etdiyi diplomatik danışıqların nəticəsi olaraq bu gün taxıl daşınması sazişinin imzalanma mərasimi keçiriləcək.

Banker.az Türkiyə Prezident Ofisinin Rabitə Müdirliyinə istinadən xəbər verir ki, imzalanma mərasimi saat 16.30-da Dolmabahçe ofisində keçiriləcək. Mərasimdə prezident Rəcəb Tayyib Ərdoğan, BMT-nin baş katibi Antonio Quterreşin, Ukrayna və Rusiyanın nümayəndə heyəti iştirak edəcək.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Türkiyədə imzalanacaq razılaşmanı alqışladıqlarını və Ankaranın səylərini yüksək qiymətləndirdiklərini bildirib.

Qeyd edək ki, BMT, Ukrayna və Rusiya nümayəndə heyətlərinin ötən həftə İstanbulda keçirilən toplantısında Qara dənizdən taxıl daşınması üçün İstanbulda koordinasiya mərkəzinin yaradılması qərara alınıb. Razılaşmanın yazılı bir sənədə çevrilməsini istədiklərini açıqlayan prezident Ərdoğan “Ümid edirik ki, plan önümüzdəki günlərdə həyata keçirilməyə başlayacaq” demişdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər