26 C
Baku
Saturday, July 27, 2024

Bu gün Londonda III Çarlzın tacqoyma mərasimi keçiriləcək

Böyük Britaniyanın paytaxtı Londondakı Vestminster abbatlığında bu gün III Çarlzın tacqoyma mərasimi keçiriləcək.

Bakı vaxtı ilə 09:00-dan kral kortejinin Bukingem sarayından Vestminster abbatlığına gedən marşrutu boyunca müşahidə platformaları açılıb. Onun uzunluğu 2,29 kilometr olacaq.

Bakı vaxtı ilə 13:20-də kral korteji Bukingem sarayından yola düşəcək. Kortej Bakı vaxtı ilə 14:00 radələrində Vestminster abbatlığına çatacaq, bundan sonra bir neçə mərhələdən ibarət olan iki saatlıq tacqoyma mərasimi başlayacaq.

Qeyd edək ki, Azərbaycanı mərasimdə Milli Məclisin sədri Sahibə Qafarova təmsil edəcək.

Xatırladaq ki, III Çarlz Vestminster abbatlığında tacqoyma mərasimi keçirilən 40-cı monarx olacaq. İlk tacqoyma mərasimi 1066-cı ildə baş tutub.

Son xəbərlər
Digər xəbərlər