Bu gün Tbilisi meri Bakıya gəlir

Tbilisi şəhərinin meri Kaxa Kaladze bu gün Bakıya rəsmi səfər edəcək.

Bu barədə Tbilisi meriyasının Mətbuat xidməti məlumat yayıb.

K.Kaladzenin ikigünlük səfər çərçivəsində Tbilisi və Bakının qardaşlaşması haqqında memorandum imzalayacağı gözlənilir.

O, həmçinin müxtəlif formatlarda yüksək səviyyəli görüşlər də keçirəcək.

Səfərdə meri müavini İlya Eloşvili müşayiət edəcək.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.