Bu gündən Tacikistanla Türkiyə arasında viza rejiminin tətbiqinə başlanılır.
Bu barədə Tacikistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qərar qarşılıqlı prinsip əsasında verilib.
Qeyd edək ki, Türkiyə hökuməti aprelin 6-dan Tacikistan Respublikası ilə viza rejiminin tətbiqinə başlanılması barədə qərar qəbul edib.