9 C
Baku
Thursday, December 12, 2024

Bu həftə Dünya Bankı ilə özünüməşğulluq proqramı üzrə kredit sazişinə dair danışıqlar aparacaq

Azərbaycanda ötən il özünüməşğulluq proqramı daha da genişləndirilib”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin yanında keçirilmiş müşavirədə deyib.

“2019-cu ildə 10 min 354 vətəndaşımız bu proqrama cəlb edilib. Onlar müvafiq təlimləri başa vurublar, öz biznes planlarını uğurla müdafiə ediblər və artıq 8 min 500 nəfəri öz aktivlərini alıb. Aktivlərin paylanma prosesi davam edir və ayın sonuna qədər qalanları da aktivlərlə tam şəkildə təmin olunacaq. BMT İnkişaf Proqramının, eyni zamanda, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin bu proqrama qoşulması, əlavə 500 nəfərin aktivlərlə təmin olunması proseduru məhz bu iki layihə çərçivəsində icra olunur. Bu proqramın da genişləndirilməsinə, Dünya Bankı ilə danışıqların yekunlaşdırılmasına dair Sizin tapşırıqlarınız olub. Biz artıq Dünya Bankı ilə ilkin müzakirəni yekunlaşdırmışıq. Kredit sazişi üzrə danışıqlar yanvar ayının 18-nə təyin olunub. Bu danışıqlar yekunlaşdıqdan, Dünya Bankının proseduruna uyğun onun Şurasında təsdiq olunduqdan sonra iyun ayına qədər müqavilənin imzalanmasını gözləyirik. Lakin həm Maliyyə Nazirliyi, eyni zamanda, Dünya Bankı ilə müzakirələr nəticəsində belə qərara gəlinib ki, müqavilə imzalanana qədər də retroaktiv maliyyələşmə prinsipi əsasında hazırlıq işlərini artıq fevral ayından başlayaraq icra edəcəyik”, – deyə o, qeyd edib.

©Report

Son xəbərlər
Digər xəbərlər