Cari ilin 1 iyul tarixində Azərbaycanda banklar tərəfindən verilmiş ipoteka kreditləri 62,2 mln manat təşkil edib. İlin əvvəlində isə bu göstərici 3.4 mln manat idi.
Ötən ilin eyni dövrü ilə müqayisədə isə banklar tərəfindən verilmiş ipoteka kreditləri 21 mln manat yəni 59 % artıb.
Həmiçinin AİF tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditləri 56,6 mln manata çatıb. İlin əvvəli ilə müqayisədə isə bu kreditlərdə 47 mln manat artım qeydə alınıb.
Onu da qeyd edək ki, bu il üzrə Dövlət büdcəsindən AİF-ə mart ayında 10 milyon manat vəsait ayrılmışdır.