2022-ci ilin yanvar-sentyabr aylarında 120 426 şəxsə proaktiv qaydada sosial sığorta nömrəsi (SSN) verilməklə e-fərdi şəxsi hesabları açılıb.
Banker.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.
Qeyd edək ki, 2020-ci ilin yanvar ayında istifadəyə verilən bu e-xidmət ilk dəfə işə başlayan şəxslə bağlı əmək müqaviləsi bildirişi e-sistemdə qeydə alındığı andan işçiyə avtomatik şəkildə SSN açılmasına imkan verir.
Ötən dövrdə həmin e-xidmət vasitəsilə 485134 şəxsə sosial sığorta nömrəsi verilməklə proaktiv qaydada fərdi şəxsi hesab açılıb.