15 C
Baku
Saturday, April 20, 2024

Bu il 1607 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb

Bu ilin əvvəlindən oktyabrın 20-nə qədər 1607 nəfər Azərbaycan vətəndaşının Gürcüstana girişinə qadağa qoyulub.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin hesabatında bildirilib.

Hesabat dövründə Gürcüstanda, ümumilikdə, 21 975 şəxsin ölkə ərazisinə daxil olmasına icazə verilməyib. Ölkəyə ən çox buraxılmayan əcnəbilər İran (9 272) və Hindistan vətəndaşları (4 238) olublar.

İllik müqayisədə qonşu ölkəyə buraxılmayan şəxslərin sayı artıb. Belə ki, ötən il 16 025 şəxsin Gürcüstana girişi qadağan edilib. 

Son xəbərlər
Digər xəbərlər