2 C
Baku
Saturday, December 14, 2024

Bu il AİB Azərbaycanla bağlı yeni 5 illik strategiyanı hökumətə təqdim edəcək

Asiya İnkişaf Bankı (AİB) 2018-ci ilin sonunadək Azərbaycan hökumətinə ölkə üzrə yeni strategiya təqdim etməyi planlaşdırır.

“İnterfax” agentliyinə istinadən, bankın Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, yeni strategiya 2019-2023-cü illəri əhatə edir. “Azərbaycanla bağlı 2014-2018-ci illəri əhatə edən mövcud strategiyanın müddəti bu il bitir. 2019-2023-cü illəri əhatə edən yeni strategiyanı bu ilin sonuna kimi hökumətə təqdim etməyi düşünürük,” – deyə bankdan bildirilib.

Bankdan o da qeyd olunub ki, strategiya layihəsi ilə bağlı hökumətlə əldə olunan razılıq 2024-cü ilədək əməkdaşlıq prioritetlərini müəyyənləşdirməyə imkan verəcək.

Qeyd edək ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Bugünədək AİB Azərbaycana 4 mlrd. dollardan çox kredit verib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər