9 C
Baku
Friday, December 13, 2024

Bu il ARDNF-in aktivlərinin 2,3 mlrd. dollar artması proqnozlaşdırılır

Bu il Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin 2,3 mlrd. dollar artması proqnozlaşdırılır.

Banker.az bildirir ki, bunu Fondun icraçı direktoru Şahmar Mövsümov “Bloomberg” agentliyinə müsahibəsində bildirib.

O qeyd edib ki, bu il fondun aktivlərinin 2,3 mlrd. dollar artaraq 40 mlrd. dollarlıq rekord səviyyəyə çatması gözlənilir.

Ş.Mövsümov ARDNF-in investisiya siyasətindən də danışıb və bildirib ki, səhmlərə investisiyanı artırmamaqla zərərdən qorunmağa nail olunub: “Biz qərara aldıq ki, səhmlərə investisiyaları artırmaq üçün düzgün vaxt deyil və haqlı çıxdıq. Həyat göstərdi ki, ötən il səhmlər üçün pis il oldu. Səhmlərə çox investisiya edənlər daha böyük zərər etdilər”.

Ş. Mövsümov bildirib ki, ARDNF stabil gəlir gətirən daşınmaz əmlaka investisiya yatırmaqla daha çox uğur əldə edib.

Fond London, Paris, Milan, Moskva, Seul və Tokyoda daşınmaz əmlak alıb və daha çox imkanlar üçün Avropa, Şimali Amerika və Asiya bazarlarına baxır.

Fondun icraçı direktoru qeyd edib ki, daha yaxşı iqtisadi artım perspektivlərinə görə Asiyaya maraq daha çoxdur: “Əvvəlki illərdə Fond daşınmaz əmlakın birbaşa satınalınmasını həyata keçirsə də, birbaşa satınalma daha çox resurs tələb etdiyindən hazırda daşınmaz əmlak fondları vasitəsilə investisiyaya üstünlük verilir”.

Son xəbərlər
Digər xəbərlər